Azərbaycan-Rusiya münasibətləri Moskvada müzakirə olundu
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev sentyabrın 16-da Moskvada görüşüblər.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli gündəliyinin aktual məsələləri müzakirə olunub. Xüsusi diqqət iyulun 17-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında keçirilmiş danışıqlarda əldə olunan razılaşmaların icrasına yönəldilib.
Həmin razılaşmalar, o cümlədən, tammiqyaslı mədəni dialoqun bərpası və humanitar məsələlərin həllini əhatə edir. Qaluzin və Mustafayev, həmçinin qarşıdakı təmasların qrafikini nəzərdən keçiriblər.
Görüşdə 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin potensialından tam istifadə edilməsinin vacibliyi də vurğulanıb.