Ərdoğan Nuru Paşanı və Qafqaz İslam Ordusunu yad etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Ərdoğan bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edirəm. Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə yad edirəm”, – Türkiyə Prezidenti bildirib.
