Azərbaycan və Gürcüstan sərhədlə bağlı razılığa gəldi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi barədə razılıq əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, son illərdə bu istiqamətdə irəliləyiş olmayıb. İki ölkə arasında təxminən 15 mübahisəli məsələ həllini gözləyir.
“Azərbaycanlı dostlarımızla birlikdə bu istiqamətdə sürətli irəliləyişə nail olmaq istəyirik. Mübahisəli məsələlərin hər birini dostluq şəraitində müzakirə etmək lazımdır”, – deyə Kobaxidze bildirib.
Məsələ baş nazirlərin görüşündə və hökumətlərarası komissiyanın iclasında müzakirə olunub.