Azərbaycan nefti ucuzlaşdı – Qiymət 122 dollara düşdü
Dünya bazarında Azərbaycan neftinin qiyməti aşağı düşüb.
“Azeri Light” markalı neftin bir bareli 3,14 dollar və ya 2,5 faiz ucuzlaşaraq 122,28 dollara enib.
Əvvəlki ticarət göstəricilərinə görə, Azərbaycan neftinin bir bareli 125,42 dollara satılırdı.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.
Beləliklə, qiymətdəki son azalmaya baxmayaraq, Azərbaycan neftinin hazırkı bazar dəyəri büdcədə nəzərdə tutulan qiymətdən 57,28 dollar yüksəkdir.