“Müharibə istəmirik, amma hazırıq” – Putin Avropanı xəbərdar etd
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri ilə mümkün hərbi qarşıdurma barədə açıqlama verərək Moskvanın müharibə istəmədiyini, lakin belə bir ssenariyə hazır olduğunu bildirib.
Putin bu barədə 29 oktyabrda Rusiya–Afrika sammitinin yekunlarına həsr olunan mətbuat konfransında danışıb.
Rusiya liderinin sözlərinə görə, Avropada bəzi siyasətçilər 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşmaq zərurətindən danışırlar.
“Biz hazırıq, lakin Avropa ilə heç bir müharibə istəmirik. Əgər kimsə müharibə istəyirsə, qoy hazırlaşsın”, – deyə Putin bildirib.
O, Rusiyaya strateji məğlubiyyət yaşatmaq cəhdlərinin nəticə vermədiyini iddia edərək bunun 2030-cu ilə qədər də mümkün olmayacağını söyləyib.
“Əgər vəziyyət çox irəli gedərsə, bu müharibənin ümumiyyətlə qalibi olmayacaq. Qoy heç kim bunu unutmasın”, – deyə Rusiya Prezidenti xəbərdarlıq edib.
Putin eyni zamanda Moskvanın Avropa ölkələri ilə münasibətlərin bərpası istiqamətində atılan addımları dəstəklədiyini vurğulayıb.
O, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışıqlarını da müsbət qiymətləndirib.