Neft yenidən bahalaşdı – “Brent” 108 dollara yaxınlaşır
Hörmüz boğazında gəmiçiliklə bağlı görüşün təxirə salınmasından sonra “Brent” markalı neftin qiyməti yenidən yüksəlib.
RIA Novosti-nin məlumatına görə, noyabr fyuçerslərinin qiyməti əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 3,16 faiz artaraq bir barel üçün 107,77 dollara çatıb.
Neft bazarında bahalaşmaya Hörmüz boğazı ətrafında davam edən qeyri-müəyyənlik və regionda gəmiçiliklə bağlı razılaşmanın gecikməsi təsir göstərir. “Brent”in qiyməti hazırda 107 dollar ətrafında qalır.
Bundan əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, Fars körfəzi ölkələri və İranın xarici işlər nazirlərinin sentyabrın 14-də Omanda keçirilməsi planlaşdırılan görüşü “konsensusa nail olmaq maraqları naminə” təxirə salınıb.