ABŞ İrana nüvə yanacağı verməyə hazırdır – Kris Rayt
ABŞ İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunması çərçivəsində bu ölkəyə digər dövlətlərdən nüvə yanacağının tədarük edilməsinə hazırdır.
Bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib. Onun sözlərinə görə, Vaşinqton İranın nüvə yanacağını xaricdən əldə etməsi variantını dəstəkləməyə hazırdır.
Rayt bunu İranın nüvə proqramı ilə bağlı məsələnin həlli yollarından biri kimi təqdim edib. ABŞ rəsmisi iddia edib ki, İranın mövcud nüvə proqramı nüvə silahının yaradılmasına imkan verə bilər.
İran tərəfi isə bu iddiaları dəfələrlə rədd edib. Tehran nüvə silahı əldə etmək niyyətində olmadığını və nüvə proqramının dinc məqsədlər daşıdığını bildirib.