Aleksandr Zverev US Open çempionu oldu
Almaniyalı tennisçi Aleksandr Zverev US Open turnirinin qalibi olub.
Nyu-Yorkda keçirilən final görüşündə Zverev amerikalı Ben Şeltonu 6:3, 7:6 (7:2), 5:7, 6:2 hesabı ilə məğlub edib. Bununla da turnirin 1 nömrəli reytinq sahibi olan Zverev US Open titulunu qazanıb.
Bu, 29 yaşlı tennisçinin “Böyük Dəbilqə” turnirlərində ikinci çempionluğudur. Zverev bu il “Roland Garros”da da qalib gəlmişdi. O, 2026-cı ildə ardıcıl üç “Böyük Dəbilqə” finalına yüksəlib.
Şelton isə karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin finalında çıxış edib. O, yarımfinalda Frensis Tiafonu məğlub edərək həlledici mərhələyə yüksəlmişdi.