Zaur Rzayev müalicəsini evdə davam etdirəcək
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.
Denmedia.az xəbər verir ki, müalicəsi başa çatan sənətçi artıq evə buraxılıb.
Xatırladaq ki, 74 yaşlı Xalq artisti sentyabrın 5-də saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının qəbul şöbəsinə hospitalizasiya olunub.
Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulub. Zəruri tibbi xidmətlərdən sonra Z.Rzayevin vəziyyətində stabilləşmə müşahidə olunub və müalicəsi Terapiya şöbəsində davam etdirilib.