“Neftçi” Elvin Camalovla yollarını ayırdı
“Neftçi” yarımmüdafiəçi Elvin Camalovla yollarını ayırıb.
Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.
Qeyd edək ki, Elvin Camalov 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuşdu. O, bu müddət ərzində komandanın heyətində 29 rəsmi oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.