Neftin qiymətində yeni artım: “Azeri Light” 128,03 dollara çatdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Neft bazarındakı mənbənin məlumatına görə, Azərbaycan neftinin bir barelinin qiyməti 0,74 ABŞ dolları və ya 0,58 faiz artaraq 128,03 ABŞ dollarına çatıb.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 132,19 ABŞ dolları təşkil edib.