Türkiyədə bir ilk: 22 yaşlı qadın kişi futbol klubunun başına keçdi
Cəmi 22 yaşlı Zeyneb Mestan Türkiyə futbolunda tarixə düşüb. O, “Turgutluspor” kişi futbol komandasının baş məşqçisi təyin edilib.
Klubdan bildirilib ki, bu təyinat komandaya əlavə diqqət cəlb etmək məqsədi daşımır. Klub prezidenti Yılmaz Gençtürk rəhbərliyin qərar verərkən Mestanın futbol təcrübəsini, taktiki biliklərini və komandanın inkişafı ilə bağlı hazırladığı proqramı nəzərə aldığını bildirib.
Zeynəb Mestan bununla Türkiyə tarixində kişi futbol klubunun baş məşqçisi təyin edilən ilk qadın olub.
Mestan əvvəllər peşəkar futbolçu kimi çıxış edib. Daha sonra futbolçu karyerasını başa vuraraq məşqçilik fəaliyyətinə başlayıb.
“Turgutluspor” ötən mövsüm Türkiyənin Regional Həvəskar Liqasında 10-cu yeri tutub.