Aslıhan Malbora sevgilisinin doğum günündə səssizliyini pozdu – FOTO
Türkiyəli məşhur aktyor Çağatay Ulusoyun sevgilisi Aslıhan Malbora ilə münasibəti aktrisanın sosial şəbəkədə etdiyi paylaşımından sonra yenidən gündəmə gəlib.
Şəxsi həyatlarını diqqət mərkəzindən uzaq yaşamağa üstünlük verən cütlük birlikdə kameralara tuş gəlməməyə çalışır.
36 yaşını qeyd edən Çağatay Ulusoyun doğum gününü təbrik edən Aslıhan Malbora sosial şəbəkə hesabında sevgilisinin fotosunu paylaşıb.

Aktrisanın paylaşımına qırmızı ürək emojisi əlavə etməsi izləyicilərin diqqətini çəkib.
Münasibətlərini sosial şəbəkələrdə nümayiş etdirməyə üstünlük verməyən cütlüyün bu paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.
Malboranın sevgilisinə ünvanladığı doğum günü təbriki ikilinin eşq münasibətini yenidən maqazin gündəminə gətirib.