Cavid Hüseynov vəzifəsindən ayrıldı
“Azərpoçt” MMC-nin İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri Cavid Hüseynov vəzifəsindən ayrılıb.
Denmedia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində fəaliyyət göstərən şirkətin rəsmisi öz istəyi ilə tutduğu vəzifədən azad olunub.
Bununla bağlı “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Manaf Babayev müvafiq əmr imzalayıb.
Cavid Hüseynov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni vəzifəyə təyin olunub. O, qurumun İdarə Heyətinin sədri Əfqan Cəlilovun əmri ilə şöbə müdirinin müavini vəzifəsində fəaliyyətə başlayıb.
Qeyd edək ki, C.Hüseynov 2024-cü ildən “Azərpoçt”da çalışırdı. O, 2015–2021-ci illərdə “PashaPay”də, 2021–2024-cü illərdə isə “Kapital Bank”da işləyib.