Zamanında "kasıbıq" deyən Ozan Tufan ayağındakı sərvətlə şok etdi - FOTO
"Trabzonspor"un təcrübəli yarımmüdafiəçisi Ozan Tufan bu dəfə yaşıl meydançalardakı oyunu ilə deyil, meydandan kənardakı stili və xərcləri ilə gündəmə gəlib.
Karyerasının ilk illərində etdiyi "Biz gənc futbolçular kasıb uşaqlarıq" sözləri ilə yaddaşlara həkk olunan milli futbolcu, çəkdirdiyi son fotosu ilə diqqət mərkəzinə düşüb.
Ailəsi ilə keçirdiyi xoş anlar zamanı kameralara tuş gələn Tufanın dəbli görünüşü və geyimindəki detallar diqqətdən qaçmayıb. Təcrübəli futbolçunun ayağındakı dünyaca məşhur brendə məxsus ayaqqabının bazar qiymətinin 80 min 950 türk lirəsi (2 min 820 manat) olduğu müşahidə olunub.
