Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Avrasiyada yeni imkanlar yaradacaq
“Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir”.
Denmedia.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Dövlət başçısı Azərbaycanın strateji coğrafi mövqeyinə və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafındakı roluna diqqət çəkib.
“Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP əlaqəlilik marşrutu kimi də tanınır – isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır”, – deyə Prezident İlham Əliyev bildirib.