Azərişıq”dan xəbərdarlıq: Bu ərazilərdə elektrik kəsiləcək
Bakıda və Azərbaycanın bir sıra rayonlarında sentyabrın 16-da təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, Bakıda saat 10:00-dan 13:00-dək Akim Abbasov, Cəfərov qardaşları, Mətbuat, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Ağdaş rayonunda saat 10:00-dan 14:00-dək Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu və Yuxarı Qəsil kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Yevlax rayonunun Axşam, Hacıselli, Havarılı və Marzılı kəndlərində isə elektrik enerjisinin verilişi saat 10:00-dan 15:00-dək dayandırılacaq.
Bundan başqa, saat 10:00-dan 13:00-dək Biləsuvar rayonunun Amankənd və Arazbarı, Cəlilabad rayonunun Alar, Günəşli və Sabirabad kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Eyni saatlarda Bürcəli, Xanbulan, Kərgəlan, Qurumba, Parakənd və Şağlaküçə kəndlərinin bir hissəsində də elektrik enerjisinin verilişində müvəqqəti fasilələr gözlənilir.
“Azərişıq” ASC bildirib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.