“Azeri Light”ın qiyməti 122 dolları keçdi
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 1,29 ABŞ dolları və ya 1,07 faiz artaraq 122,37 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.