Zəngilanda çayda batan 64 yaşlı kişinin meyiti tapıldı
Zəngilanda Həkəri çayında batan 64 yaşlı kişinin meyiti tapılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 4-də çayın Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun meyiti FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.