NATO Hərbi Komitəsinə yeni sədr seçildi
Bundesverin baş müfəttişi, general Karsten Broyer NATO Hərbi Komitəsinin növbəti sədri seçilib.
Bu barədə admiral Cüzeppe Kavo Draqone “X” sosial şəbəkəsində məlumat yayıb.
“General Karsten Broyeri NATO Hərbi Komitəsinin növbəti sədri seçilməsi münasibətilə təbrik edirəm. O, 2027-ci ilin iyulunda vəzifəsinin icrasına başlayacaq”, – deyə Draqone bildirib.
1964-cü il dekabrın 1-də anadan olan Broyer 2023-cü ilin martından Bundesverin baş müfəttişi vəzifəsini icra edir.
Bundan əvvəl o, Bundesverin ölkə ərazisinin müdafiəsi komandanlığına rəhbərlik edib, COVID-19 pandemiyası dövründə isə koronavirusla mübarizə üzrə operativ qrupa başçılıq edib.
Broyer müxtəlif illərdə Bundesverin ərazi komandanlığına, 37-ci zirehli piyada briqadasına və 12-ci zirehli zenit-artilleriya batalyonuna da komandanlıq edib.