Şəkidə "çağırılmamış qonaq" həyətə girdi, ev sahibəsini dişlədi
Şəki rayonunda çaqqal fərdi yaşayış evinin həyətinə girərək 51 yaşlı qadına hücum edib.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İnçə kəndində baş verib.
Vəhşi heyvan ev sahibi, 51 yaşlı Könül Əbdürrəhmanovanı sol bud nahiyəsindən dişləyib.
Yaralı qadın yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Burada ona zəruri tibbi yardım göstərilib.
Quduzluğa qarşı peyvənd olunan qadın ambulator müalicə üçün evə buraxılıb.