Azərbaycan kinosunda tarixi rekord: “44” bütün göstəriciləri geridə qoydu
Azərbaycan kinoteatrlarında nümayiş olunan “44” bədii filmi ilk gündən tamaşaçıların böyük marağına səbəb olub və qısa müddətdə rekord göstəriciyə imza atıb.
Belə ki, ekran əsərini cəmi 15 gün ərzində 122 min tamaşaçı izləyib. Bu, Azərbaycan kinosunun tarixində kinoteatr nümayişləri üzrə ən yüksək tamaşaçı sayı kimi təqdim olunur.
Qeyd edək ki, “44” filminin nümayişləri anşlaqla keçir. Tamaşaçı marağının yüksək olması səbəbindən kinoteatrlarda seansların sayı artırılıb.
Nümayiş cədvəlinin daha da genişləndirilməsi ilə filmə baxanların sayının artacağı gözlənilir.