67 yaşlı sürücü velosipedçini vurdu
Bakının Sabunçu rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 67 yaşlı Ədalət Tofiq oğlu Bədəlov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə 33 yaşlı Ülfət Vidadi oğlu Hüseynovu velosiped sürərkən vurub.
Ağır qəza nəticəsində Ü.Hüseynov hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.