Tehran cavab zərbələrinə hazırlaşdı – “Görünməmiş reaksiya olacaq”
İran Silahlı Qüvvələri ABŞ və onun müttəfiqlərinin mümkün hücumlarına qarşı hərtərəfli və yenilənmiş hərbi planın hazırlanmasını başa çatdırıb.
Bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanala danışan yüksəkvəzifəli regional təhlükəsizlik və siyasət rəsmisi bildirib ki, İran Silahlı Qüvvələrinin yenilənmiş hərbi planı artıq tam hazırdır.
Onun sözlərinə görə, plan mümkün hücuma dərhal və genişmiqyaslı cavab verilməsini, o cümlədən qarşı tərəfin və onun regiondakı tərəfdarlarının obyektlərinin, mərkəzlərinin və siyasi qərargahlarının məhv edilməsini nəzərdə tutur.
Mənbə əlavə edib ki, ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri İranın cavabının miqyası və intensivliyi qarşısında indiyədək görünməmiş şəkildə sarsılacaqlar.