Hələbdə Halloween səs-küyü: Kimisi qınadı, kimisi azadlıq saydı - FOTO, VİDEO
Suriyanın Hələb şəhərində yerləşən gecə klubunda keçirilən Halloween (Cadugərlər bayramı) şənliyi ölkədə geniş müzakirələrə səbəb olub.
Türkiyə KİV-in məlumatına görə, Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Hələbdə ilk dəfə təşkil olunduğu bildirilən şənlikdə qadınlar və kişilər qorxu mövzulu kostyumlar geyinərək rəngarəng makiyaj ediblər.
İştirakçılar yüksək səsli musiqi və işıq şoularının müşayiəti ilə rəqs edərək əyləniblər.

Tədbirdən yayılan görüntülər Suriya cəmiyyətində fərqli reaksiyalar doğurub. Bəzi sosial şəbəkə istifadəçiləri şənliyi “Şeytanın bayramını qeyd edirlər” sözləri ilə tənqid ediblər.
Digərləri isə bu tədbiri Əsəd hakimiyyətindən sonrakı dövrdə sosial həyatın dəyişməsinin və daha sərbəst əyləncə mühitinin formalaşmasının göstəricisi kimi qiymətləndiriblər.