Araqçi ABŞ-nin İranla münasibətlərdə atdığı yeni addımı qiymətləndirdi
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-nin Tehranla danışıqları bərpa etmək istəyini müsbət qiymətləndirib.
Al Jazeera telekanalının məlumatına görə, nazir ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İran rəhbərliyinə ünvanladığı məktubu da müsbət qarşılayıb.
“Amerika tərəfinin dialoq üçün qapı açmaq cəhdləri müsbət addımdır”, – deyə Araqçi bildirib.
İran XİN rəhbərinin sözlərinə görə, məktubun məzmunu ölkənin ali rəhbərliyinin nümayəndələrinin iştirakı ilə keçirilən bir neçə görüşdə müzakirə olunub.
Bununla belə, nazir Vaşinqtona xəbərdarlıq edib. O bildirib ki, əgər ABŞ tərəfi həmin məktub vasitəsilə İran daxilində parçalanma yaratmağa ümid edirdisə, bununla yalnız vəziyyəti daha da ağırlaşdırıb və növbəti səhvə yol verib.