İstanbul birjasının zirvəsində rüşvət qalmaqalı – Baş direktor saxlanıldı
Türkiyədə İstanbul Fond Birjasının (Borsa İstanbul) baş direktoru Korkmaz Enes Ergün saxlanılıb.
Türkiyə KİV-in məlumatına görə, o, İstanbul Baş Prokurorluğunun kapital bazarlarında həyata keçirilən əməliyyatlar və investisiya fondlarının fəaliyyəti ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılıb.
Korkmaz Enes Ergün rüşvət almaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda şübhəli bilinir.
İstintaq çərçivəsində investisiya fondlarının fəaliyyəti və maliyyə bazarlarında aparılan əməliyyatlarla bağlı ehtimal olunan qanun pozuntuları araşdırılır.
Faktla bağlı istintaq davam etdirilir.