Artıq sevgilərini gizlətmirlər – FOTO
Bir müddət “Qalatasaray”ın futbolçusu Lukas Torreira ilə sevgi münasibəti yaşayan türkiyəli aktrisa Devrim Özkan yeni sevgilisi, aktyor Deniz Can Aktaş ilə münasibətini sosial şəbəkədə nümayiş etdirib.
Bir müddətdir münasibətlərini ictimaiyyətdən uzaq yaşayan məşhur cütlük bu dəfə romantik paylaşımları ilə gündəmə gəlib.
Devrim Özkan sevgilisi ilə birlikdə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşaraq münasibətlərini izləyicilərinə göstərib.

Aktrisanın paylaşımına Deniz Can Aktaşın qırmızı ürək emojisi ilə cavab verməsi də diqqətdən yayınmayıb.
Qeyd edək ki, birlikdə rol aldıqları serialın çəkiliş meydançasında yaxınlaşan aktyorların dostluğu sonradan sevgi münasibətinə çevrilib.