"İnci Taneleri" niyə erkən bitdi? - Serialın final sirri açıldı
İnci Taneleri dizisinin planlaşdırılandan daha tez final etməsi izləyicilər arasında suallar yaradıb.
Məsələ ilə bağlı serialın aktyoru Rıza Kocaoğlu açıqlama verib.

O, Fatih Altaylının proqramında çıxış edərək bildirib ki, layihə əslində 16 bölümlük nəzərdə tutulsa da, çəkilişlərin gec başlaması və yayın dövrünün digər seriallarla üst-üstə düşməsi səbəbindən plan dəyişib.
Kocaoğlunun sözlərinə görə, daha əvvəl uzunmüddətli planlanan serial izlənmə göstəricilərinin gözləntilərin altında qalması nəticəsində yenidən strukturlaşdırılıb və nəticədə hekayənin 7 bölümdə tamamlanmasına qərar verilib.

O həmçinin qeyd edib ki, layihənin müəllifi Yılmaz Erdoğan serialı klassik televiziya formalarına uyğunlaşdırmaq əvəzinə öz hekayə üslubunu qorumaqda israr edib. Onun sözlərinə görə, ssenariyə zorakı və aksiya yönlü elementlər əlavə edilməyib, daha çox hekayənin təbii axını saxlanılıb.