Moskva Türkiyənin Montrö mövqeyini xüsusi vurğuladı
Moskva Türkiyənin boğazlarla bağlı Montrö Konvensiyasının müddəalarına riayət olunması məsələsində tutduğu mövqeni yüksək qiymətləndirir. Bu barədə Rusiyanın Ankaradakı səfirliyi sosial şəbəkələrdə bildirib.
Diplomatların sözlərinə görə, Rusiya 1936-cı il Montrö Konvensiyasına böyük əhəmiyyət verir və onun bütün tərəflər tərəfindən icrasını dəstəkləyir.
“Bu baxımdan Türkiyənin balanslı və məsuliyyətli mövqeyini yüksək qiymətləndiririk”