Fransanın sabiq prezidenti ölkəni “xilas etməyə” qərar verdi
Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak etməyi planlaşdırır.
Bu barədə RTL radiosu onun yaxın çevrəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Olland artıq Yelisey sarayına qayıtmaq niyyətini gizlətmir.
Mənbə bildirir ki, sol siyasi qüvvələrin əksəriyyəti buna skeptik yanaşsa da, sabiq prezident hesab edir ki, 2027-ci il seçkilərinə qədər güclü namizəd ortaya çıxmasa, o, “Milli Birlik” partiyasına qarşı əsas alternativ ola bilər.
Politikin daxili opponentlərindən birinin sözlərinə görə, beynəlxalq münasibətlər fonunda Olland kimi təcrübəli siyasətçinin statusu qlobal dəyişikliklər dövründə üstünlük yarada bilər.
Bildirilib ki, Olland rəqiblərinin reytinqləri düşdükdən və seçki yarışından çıxdıqdan sonra seçicilərin dəstəyini qazanmağı planlaşdırır.