Badamdar yamacında təhlükə artdı - hərəkət dayandırıldı
Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb.
DenMedia.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hazırda yamacın yuxarı hissəsində sürüşmənin aktivləşdiyi bildirilir.
Təhlükə ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri və polis əməkdaşları hadisə yerinə cəlb olunublar.
Badamdar-20-ci Sahə yolunda nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, yol bağlanıb. Polis ərazini nəzarətə götürüb.
Qeyd edək ki, Badamdar-20-ci Sahə yolunda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir.