Xəzərdə zəlzələ baş verdi
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla 13:57-də və 13 km dərinlikdə qeydə alınıb.