Bu pəhriz həm xolesterini azaldır, həm də çəki atmağa kömək edir
Yazda çəki atmağa universal Aralıq dənizi pəhrizi kömək edə bilər. Kardioloq, lipidoloq və “Bud zdorov” klinikalar şəbəkəsinin inteqrativ tibb istiqamətinin rəhbəri Tatyana Maklakova bildirib ki, bu qidalanma modelinin effektivliyi illərlə təsdiqlənib.
Həkimin sözlərinə görə, belə qidalanma növü üçün demək olar ki, əks göstəriş yoxdur.
“Mən həkim kimi ekstremal pəhrizlərin əleyhinəyəm. Kardiologiya və lipidologiya baxımından ən təhlükəsiz və elmi əsaslandırılmış variant Aralıq dənizi tipli qidalanmadır”, deyə Maklakova bildirib.
Mütəxəssis qeyd edib ki, bu qidalanma modeli “pis” xolesterinin səviyyəsini yumşaq şəkildə azaldır, damarlarda sistemli iltihabı zəiflədir və yaz aylarında xüsusilə vacib olan vitamin və mikroelement çatışmazlığına səbəb olmur.
Əgər insanın əhəmiyyətli dərəcədə çəki atmağa ehtiyacı varsa, həkimin sözlərinə görə, 16/8 sxemi üzrə modifikasiya olunmuş aralıq oruc da nəzərdən keçirilə bilər. Lakin bu, yalnız həkimlə məsləhətləşdikdən sonra tətbiq olunmalıdır.
Maklakova xəbərdarlıq edib ki, öd kisəsi və ürəklə bağlı bəzi xəstəliklər zamanı bu qidalanma üsulu əks göstəriş ola bilər.