Azərbaycan Premyer Liqası – “Neftçi” “İmişli”ni inamlı şəkildə məğlub etdi
“Neftçi” Azərbaycan futbolunun Misli Premyer Liqasının 25-ci turu çərçivəsində “İmişli”ni inamlı şəkildə 6:0 hesabı ilə məğlub edib.
Bakı klubu oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alıb: 12-ci dəqiqədə Almeyda hesabı açıb, üç dəqiqə sonra Fərəc üstünlüyü artırıb, 19-cu dəqiqədə isə Səfərov hesabı 3:0-a çatdırıb.
İkinci hissədə də “Neftçi” tempini aşağı salmayıb: 50-ci dəqiqədə Fərəc dubl edərək hesabı 4:0 edib, 55-ci dəqiqədə Mahmudov beşinci qolu vurub, yekun nəticəni isə Səfərov müəyyənləşdirərək dublunu tamamlayıb – 6:0.
Bakı təmsilçisi oyun boyu meydanda tam üstünlük nümayiş etdirib və rəqibinə heç bir şans verməyib.