Ucar sakini Qazaxıstanda faciəvi şəkildə öldü- FOTO/VİDEO
Azərbaycan vətəndaşı Qazaxıstanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Denmedia.az-a daxil olan məlumatlara görə Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Sadiq Niyaz oğlu Abdullayev Qazaxıstanda baş verən yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat edib.
Həmyerlimizin nəşi doğulduğu Ucar rayonuna gətirilərək dəfn olunub.
Faktla bağlı əlavə məlumat verilməyib.
nizami