Yuxarı Tala kəndində qəza: 4 nəfər xəstəxanaya yerləşdirildi
Zaqatala rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi axşam saatlarında rayonun Yuxarı Tala kəndində baş verib.
İlkin məlumata əsasən, KIA və VAZ-2106 markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, xəsarət alanlardan biri Bakı sakinidir, digər üç nəfər isə Zaqatala rayonundandır.
Yaralıların hamısı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusunun təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hazırda onlara zəruri tibbi yardım göstərilir, şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.