Şüvəlan çimərliyində faciə: dənizdə çimən şəxs boğuldu
Bakıda bir nəfər dənizdə batıb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev dənizdə çimərkən boğularaq ölüb.
Ş.Əliyevin meyiti sudan çıxarılıb.