Ürək əməliyyatı keçirmiş gəncin meyiti tapıldı
Samux rayonunda 18 yaşlı gəncin meyiti aşkarlanıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisindən keçən Kür çayının yaxınlığında qeydə alınıb.
Məlumata görə, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti həmin ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, yeniyetmənin ölümünə ürək dayanması səbəb ola bilər. Bildirilir ki, o, bir müddət əvvəl ürək əməliyyatı keçirib.
Meyit ekspertiza aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.