"Novaya Qazeta"nın redaksiyasında axtarışlar aparılır
“Novaya qazeta”nın əməkdaşları redaksiyada axtarış aparıldığını bildirib. Nəşrin Telegram kanalında yayılan məlumata görə, vəkillərin binaya buraxılmadığı qeyd olunur.
Bildirilir ki, təxminən saat 12 radələrində Moskvada yerləşən redaksiyaya maskalı xüsusi xidmət əməkdaşları daxil olub və istintaq hərəkətlərinə başlayıblar.
Jurnalistlərin sözlərinə görə, axtarışın səbəbi hələ məlum deyil. Eyni zamanda, redaksiya əməkdaşlarının bir hissəsinin harada olduğu barədə də məlumat yoxdur.