Təyyarədə qəribə qoxu panikaya səbəb oldu - təcili eniş edildi
ABŞ-da Delta Air Lines aviaşirkətinə məxsus sərnişin təyyarəsi salonda yayılan qeyri-adi qoxu səbəbindən təcili eniş edib. Bu barədə San Francisco Chronicle məlumat yayıb.
Hadisə aprelin 7-də Orinc dairəsindən (Cənubi Kaliforniya) Sietlə uçan reysdə baş verib.
Uçuşdan bir saat keçməmiş, təyyarə Yosemiti Milli Parkı üzərindən keçərkən pilotlar marşrutu kəskin dəyişərək qərbə istiqamətləniblər. Nəticədə təyyarə təhlükəsiz şəkildə Oklend-San-Fransisko hava limanına eniş edib.
Enişdən sonra təyyarə texniki yoxlama üçün istismardan çıxarılıb. Sərnişinlər otellərdə yerləşdirilib, onlara qida təmin olunub və alternativ reyslərə biletləri yenidən bron edilib.