Filippin sahillərində faciə: 350-dən çox sərnişini olan bərə batdı, 13 nəfər öldü
Filippin sahilləri yaxınlığında 350-dən çox sərnişinin olduğu adalararası bərə batıb. Bu barədə Associated Press məlumat yayıb.
Hadisə nəticəsində 13 nəfər həyatını itirib.
Mənbənin bildirdiyinə görə, gəmi Zamboanqa liman şəhərindən Filippinin cənubunda yerləşən Colo adasına doğru hərəkət edirdi.
Bərədə 332 sərnişin və 27 ekipaj üzvü olub. İlkin məlumata əsasən, bərə texniki nasazlıqla üzləşib və bu səbəbdən su alaraq batıb.