Şamaxıda zəlzələ oldu
Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
DenMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 18:55-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8 olub.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar rayonun bir sıra ərazilərində hiss olunub.