Həkim mənə dedi nə məsləhət görürsən?- Kürdəmirdə 22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü-VİDEO
Kürdəmirdə dekabr ayının 11-də əməliyyat olunan 22 yaşlı qadın 5 gün sonra xəstəxanada dünyasını dəyişib.
Denmedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə Mərkəzi rayon xəstəxanasında qeydə alınıb.
Belə ki Kürdəmir rayon Qarasu kənd sakini 2003 təvəllüdlü Nurməmmədova Məleykə Müsəllim qızı dekabr ayının 11 -də qadın xəstəliyi ilə bağlı xəstəxanaya müraciət edib.Həkimlər ona əməliyyat olmalı olduğunu bildiriblər.Dekabr ayının 12 isə qadın əməliyyat olunub.Əməliyyat uğurlu alınsada Məleykə Nurməmmədova Dekabr ayının 16-da saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib.Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər.
Mərhumun həyat yoldaşının sözlərinə görə, 5 gün bundan qabaq həkimə gətirmişdik. Həkim yoxladı analiz götürdülər . Fərid doktor dedi ki, kistası var . Həkim səhlənkarlığı oldu . İki azyaşlı uşağım var. Mən indi onları necə baxacam?
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki,
Qeyd edək ki dünyasını dəyişən qadın 5 ildir ki evli idi və onun bu evlilikdən iki azyaşlı qız övladları var.Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.Araşdırmaların nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək.
AQİL ƏSƏDOV
nizami