İslamabad görüşü: ABŞ–İran dialoqunda yeni addım gözlənilir
ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların ikinci raundu çərşənbə günü, 22 aprel tarixində İslamabadda keçirilməsi planlaşdırılır.
CNN-in məlumatına görə, tərəflər arasında davam edən sərt və açıq bəyanatlar fonunda vəziyyət hələ də qeyri-sabit olaraq qalır.
Eyni zamanda Ağ Ev-dən bildirilib ki, danışıqların dəqiq vaxtı ilə bağlı rəsmi təsdiq yoxdur. Administrasiya nümayəndələri qeyd ediblər ki, nümayəndə heyətinin yaxın zamanda yola düşməsi gözlənilir, lakin konkret tarix hələ müəyyən edilməyib.