Donald Tramp yenidən İranı hədələdi: “Problemlər qaçılmaz olacaq”
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla danışıqlar prosesində iştirakını davam etdirəcəyinə əmin olduğunu bildirib. O, bu barədə radio aparıcısı Con Frederikə müsahibəsində danışıb.
Tramp qeyd edib ki, əks halda rəsmi Tehran ciddi nəticələrlə qarşılaşacaq.
“Onlar danışıqlarda iştirak edəcəklər. Əgər bu baş verməsə, indiyədək qarşılaşmadıqları problemlərlə üzləşəcəklər”, — deyə o bildirib.
ABŞ lideri əlavə edib ki, Ağ Ev “ədalətli razılaşma”nın əldə olunacağına ümid edir.
Onun sözlərinə görə, belə bir razılaşma İranın ölkəni bərpa etməsinə imkan verə bilər, lakin bunun üçün əsas şərt nüvə silahından imtinadır.