“Onlara yox deyəcəyəm”: Netanyahu ABŞ-nin tələbini rədd etməyə hazırlaşır
ABŞ hakimiyyəti İsrail qoşunlarının Qəzza zolağı, Livan və Suriyadan çıxarılmasında israr edir.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ölkənin “13-cü kanal”ına açıqlamasında bildirib.
Netanyahunun sözlərinə görə, Vaşinqton İsrail Müdafiə Ordusunun bu üç istiqamətdə bir sıra geriçəkilmələr həyata keçirməsini istəyir.
Lakin baş nazir bu tələbi qəbul etməyəcəyini vurğulayıb.
“Mən onlara yox deyəcəyəm”, — Netanyahu bildirib.
O, söhbətin qoşunların qismən, yoxsa tam çıxarılmasından getdiyini dəqiqləşdirməyib.