İsrail və Livan arasında müvəqqəti sükut elan olundu
Livanda 10 günlük atəşkəs qüvvəyə minib.
Bu barədə İsrailin hərbi radiosu “Qaley SAXAL” məlumat yayıb.
Bildirilib ki, qərar İsrailin şimal bölgələrinin bir neçə saat davam edən intensiv atəşə tutulmasından sonra qəbul olunub. Məlumata görə, atəşkəs razılaşdırılmış vaxtda qüvvəyə minib və hazırkı gərginlik mərhələsini əhatə edir.
Qeyd olunur ki, bu razılaşma müvəqqəti xarakter daşıyır.