İran şərt qoydu: Danışıqlar yalnız İslamabadda keçiriləcək
İran ABŞ ilə danışıqların növbəti mərhələsinə yalnız görüşün İslamabadda keçirilməsi şərti ilə razıdır.
Bu barədə Tasnim agentliyi məlumat yayıb. Bildirilir ki, Tehran digər platformaları nəzərdən keçirmir.
Mənbənin məlumatına görə, görüş yerinin dəyişdirilməsi ilə bağlı heç bir qərar qəbul olunmayıb, baxmayaraq ki, bəzi Avropa ölkələri ABŞ-İran dialoqu üçün öz ərazilərini təklif edib.