İran ABŞ və İsrail üçün "cəhənnəmin qapılarını" açmaqla hədələdi
İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiyə” mərkəzi qərargahının komandanı Əli Abdullahi bildirib ki, İranın infrastrukturuna yeni zərbələr endiriləcəyi təqdirdə ABŞ və İsrail üçün “cəhənnəmin qapıları açılacaq”.
Bu barədə İRİB xəbər verir.
“Biz bir saniyə belə tərəddüd etməyəcəyik və xalqımızın hüquqlarını və milli sərvətlərimizi qorumaq üçün silahlı qüvvələrimizi səfərbər edəcəyik, istənilən təcavüzkarı yerinə oturdacağıq”, — deyə o bildirib.
Onun sözlərinə görə, İran yeni hücumlar baş verərsə, ABŞ və İsrailin istifadə etdiyi istənilən infrastruktura zərbə endirməyə hazırdır.